RU

Azərbaycanda yağıntının miqdarı 100 ilin rekordunu yenilədi

Bakı. Trend:

Son 100 il ərzində 1988-ci il martın 21-də sutka ərzində düşənyağıntının miqdarı 36.8 mm olub və bu, aylıq normanın 156 %-nitəşkil edib. Bu ilin martın 27-də isə sutkalıq yağıntının miqdarı120 mm qeydə alınıb. Bu da aylıq normanın 508 %-nə bərabərdir.

Trend bu barədəMilli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Aylıq göstəricilərə gəldikdə isə bildirilib ki, 1988-ci ilinmart ayında ümumilikdə Bakıda və Abşeron yarımadasında 83 mmyağıntı düşmüş və bu, aylıq normanın 352 %-ni təşkil etmişdir.2026-cı ilin mart ayının ötən 27 günü ərzində düşən yağıntınınmiqdarı 128 mm olub ki, bu da aylıq normanın 542 %-ni təşkiledir.

Beləliklə, həm sutkalıq, həm də aylıq yağıntı üzrə rekordgöstəricilərin yeniləndiyi qeydə alınıb.

Избранный
26
43
az.trend.az

10Источники