Braziliya milli komandasının heyətindən yalnız Rafinya Dias deyil, həm də Uesli França ayrılıb. “Roma”nın futbolçusunda da komanda yoldaşı kimi əzələ zədəsi aşkarlanıb.
Publika.az xəbər verir ki, bunu Braziliya Futbol Konfederasiyası rəsmi saytı açıqlayıb.
Bildirilib ki, baş məşqçi Karlo Ançelotti bu itkilərdən sonra yığmaya əlavə oyunçu dəvət etməyəcək.