Almaniya kansleri Fridrix Merts Fransanın Yaxın Şərqə aviadaşıyıcı göndərmək planlarına kəskin skeptik yanaşaraq, rəsmi Parisin hərbi ambisiyalarını hədəf alıb.
Musavat.com xəbər verir ki, Almaniya hökumət başçısı Fransa prezidenti Emmanuel Makronun bu təşəbbüsünü "reallıqdan uzaq və şişirdilmiş" adlandırıb. Merts mətbuata açıqlamasında kinayə ilə bildirib ki, Fransanın planları həmişə olduğundan daha möhtəşəm və qrandioz səslənsə də, reallıq fərqlidir.
Fransanın cəmi bir aviadaşıyıcısının ("Charles de Gaulle") olduğunu xatırladan kansler, təkbaşına atılan addımların sülhə xidmət etmədiyini, real nəticələrin yalnız birgə səylərlə mümkün olduğunu vurğulayıb.
Merts həmçinin qeyd edib ki, bu yanaşma təkcə Yaxın Şərqə deyil, həm də Ukraynadakı vəziyyətə şamil edilməlidir. Almaniya kanslerinin bu çıxışı Avropa Birliyinin iki aparıcı ölkəsi arasında müdafiə siyasəti və liderlik uğrunda gizli gərginliyin növbəti təzahürü kimi qiymətləndirilir.
Analitiklər hesab edirlər ki, Berlin Parisin hərbi məsələlərdə təkbaşına və "parlaq" bəyanatlarla çıxış etməsindən narahatdır və bu, NATO daxilindəki koordinasiyaya xələl gətirə bilər.
Musavat.com
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта