RU

AFFA çempionat oyunlarını təxirə saldı

AFFA keçirdiyi liqalarla bağlı məlumat yayıb.

Fanat.Az xəbər verir ki, qurum 4 liqada oyunları təxirə salıb.

Belə ki, AFFA-nın bayrağı altında təşkil edilən U-12 Qızlar Liqası, U-14 Qızlar Liqası, U-16 Qızlar Liqası və Yüksək Qızlar Liqasının 28-30 mart tarixlərində keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar baş tutmayacaq. 

Təxirə salınan matçların hansı tarixdə keçiriləcəyi barədə məlumat verilməyib.
 

Избранный
2
2
fanat.az

3Источники