RU

Sumqayıtda həyat iflic oldu: işıq da yox, su da

İki gündür aramsız yağan yağışlar paytaxtda və ətraf ərazilərdə bir sıra problemlərlə müşayiət olunur. Yağıntının yaratdığı çətinliklərdən biri də kommunal sahədə özünü göstərib. Bu dəfə narazılıqlar Sumqayıtdan gəlib.

Şəhərin 2-ci və 13-cü mikraroyanunda yaşayan sakinləri Musavat.com-a bildirib ki, səhər saat 07:00-dan etibarən bir çox ərazilərdə su və elektrik enerjisinin verilişi dayandırılıb. Sakinlər deyir ki, aidiyyəti qurumlara müraciət etsələr də, suallarına cavab ala bilməyiblər.

Hazırda problemin səbəbi ilə bağlı rəsmi açıqlama yoxdur. Məsələ ilə bağlı sorğu ünvanlanıb, cavab olduğu təqdirdə məlumat veriləcək.

Afaq Mirayiq,
Musavat.com

Избранный
20
1
musavat.com

2Источники