Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycanda sürüşmə sahələrində aktivləşmə müşahidə olunmur.
XQ xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə heyətinin sədri Əli Əliyev bildirib. O qeyd edib ki, son günlər ölkə ərazisində yağan yağışlar nəticəsində respublikanın sürüşmə ərazilərində aparılan müşahidə və monitorinqlər zamanı sürüşmə proseslərinin dinamikasında hər hansı bir dəyişiklik qeydə alınmayıb: “Mövcud sürüşmə sahələrində ciddi aktivləşmə və yeni sürüşmə zonaları müşahidə edilməyib”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.