
İntensiv xarakterli yağıntılar nəticəsində Sumqayıtın bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Məlumata görə, bununla bağlı “Azərişıq” və FHN əməkdaşları Sumqayıtda yarımstasiya və transformator məntəqələrin (TM) ərazilərinin sel sularından təmizlənməsi prossesini davam etdirir:
“Bir neçə gündür ölkə ərazisində davam edən intensiv xarakterli yağıntılar bir sıra ərazilərdə, eləcə də Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli məhdudiyyət yaradıb. Buna səbəb leysan xarakterli yağışların yağması nəticəsində yağış sularının ətraf ərazilərə və eləcədə elektrik yarımstansiyalarına, Paylayıcı Qurğulara (PQ), TM-lərinə dolmasıdır.
Qəza halları nəticəsində Sumqayıtda bir neçə küçədə və Corat qəsəbəsində 21-ci məhəllənin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.