RU

İran ABŞ nin müttəfiqlərini raket atəşinə tutur Husilər də müharibəyə qoşuldu

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ mediası İranın Səudiyyə Ərəbistanında Şahzadə Sultan aviabazasına hücumu zamanı ən azı 12 hərbçinin yaralandığını, onlardan ikisinin vəziyyətinin ciddi olduğunu yazıb.

“The New York Times” və "The Wall Street Journal”ın iddiasına görə, hücum zamanı hərbçilər aviabazadakı binada olublar. Pentaqon və ABŞ Mərkəzi Komandanlığı isə məsələni dərhal şərh etməyib.

Təkcə Səudiyyə Ərəbistanı yox, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri də İran hücumlarına məruz qalıb. Əbu-Dabinin sənaye zonasında yanğın başlayıb və nəticədə 5 nəfər xəsarət alıb. BƏƏ rəsmisi Yusif əl Otayba isə “The Wall Street Journal”a yazıb ki, İranla sadəcə atəşkəs kifayət olmayacaq. O, İranın nüvə qabiliyyəti, raket, dron və proksi qüvvələrinə qarşı koordinasiya olunmuş beynəlxalq fəaliyyətə çağırıb və BƏƏ-nin Hörmüz boğazının yenidən açılmasında birgə səylərə hazır olduğunu deyib.

Müharibə tərəfi olan İsrail isə Tehran boyunca hədəflərə zərbə endirdiyini açıqlayıb. Əvəzində İran raketlərinin Təl-Əvivə zərbə endirməsi nəticəsində bir nəfər ölüb.

Müharibə başlayandan bu yana Yəməndəki husilər ilk dəfə müharibəyə qoşulublar. İranın dəstəklədiyi qrup martın 28-də İsrailə raket atdığını elan edib, İsrail isə raketi yaxaladığını bildirib. Husilər onların “aqressiya” adlandırdığı bütün cəbhələrdə döyüşlər dayanmayana qədər əməliyyatlarına davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Ekspertlər isə husilərin müharibəyə daxil olması ilə bağlı xəbərdarlıq ediblər. Belə ki, qrupun Bab əl Məndab boğazı və Qırmızı dənizdə gəmilərə təhdid yaratmaq qabiliyyəti qlobal enerji bazarlarında şok dalğası yarada bilər.

Lakin Fransa G7 sammitinin iclasına qatılan ABŞ dövlət katibi Marko Rubio İrana qarşı əməliyyatın aylar yox, həftələr içində başa çatacağını bildirib.

Martın 27-də Mayamidə Səudiyyə Ərəbistanı sponsorluğundakı investisiya forumuna qatılan ABŞ Prezidenti Donald Tramp isə yenidən NATO üzvlərini İran kampaniyasına qoşulmamasına görə tənqid edib:

“Biz NATO-da onların müdafiəsi üçün ildə yüz milyardlarla dollar xərcləyirik və biz həmişə orada onlar üçün olmuşuq, amma indi onların hərəkətlərinə əsaslanaraq, güman edirəm ki, biz olmamalıyıq”.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
50
azpolitika.info

10Источники