RU

Sabah bu ərazilərdə leysan olacaq XƏBƏRDARLIQ

Dogru.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Milli Hidrometeorologiya Xidməti martın 29-da gözlənilən hava şəraitini açıqlayıb.

Xidmətdən Manset.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində yağan güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi istisna olunmur. Gündüz yağıntılar tədricən kəsiləcək.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 90-95 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

DOĞRU.AZ 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
49
dogru.az

10Источники