RU

Hizbullah a ağır zərbə Yüksəkvəzifəli rəsmilər öldürüldü

Hurriyyet saytına istinadən ain.az xəbər verir.

Livanın Beyrut şəhərinə İsrailin zərbəsi nəticəsində "Hizbullah"ın kommunikasiya bölməsinin iki yüksəkvəzifəli rəsmisi öldürülüb.

Publika.az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) öz "Telegram" kanalında məlumat verib.

"Livan paytaxtındakı zərbə nəticəsində bölmənin iki yüksəkvəzifəli üzvü - Ayyub Hüseyn Yakub və Yasir Məhəmməd Mübarak öldürülüblər. Hərbçilərin sözlərinə görə, onlar "Hizbullah" daxilində kommunikasiya məsələlərinə cavabdeh olublar", - deyə məlumatda bildirilib.

SAXAL qeyd edib ki, Ayyub Hüseyn Yakub daha əvvəllər "Hizbullah"ın raket bölməsində rəhbər vəzifə tutub və İsrailə qarşı çoxsaylı hücumların arxasında dayanıb, Yasir Məhəmməd Mübarak isə həm raket bölməsində, həm də əlaqələr bölməsində vəzifələr tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
2
hurriyyet.az

3Источники