RU

Normadan artıq yağan yağış Bakıda həyatı iflic etdiVİDEO

Normadan artıq yağan yağış bir çox ərazilərdə Bakı sakinlərinə problem yaradıb. Bəzi evləri, həyətləri su basıb, hətta binalar belə bu yağıntının fəsadlarına məruz qalıb.

Xezerxeber.az xəbər verir ki, Xətai rayonu, Seyid Əzim Şirvani küçəsində yığılan suyun dərinliyi yarım metri ötüb. Sakinlər mənzillərindən çıxmaqda çətinlik çəkdiklərini deyiblər.

Fərdi evlərdə yaşayanlar üçün də vəziyyət olduqca ciddidir:

Sabunçu rayonu Əşrəf Yunisov küçəsində suyun dərinliyi o həddə çatıb ki, sakinlər küçənin bu tərəfindən o biri tərəfinə keçmək üçün evlərindən stol-stul gətirib yola düzüblər.

Heydər Əliyev prospekti 87/89 ünvanında yerləşən binanın damından da blokuna yağış suları dolur.

Kürdəxanı qəsəbəsində də yağış suları subasmaya səbəb olub. Sakinlər deyirlər ki, çoxları evindən çıxmaq məcburiyyətində qalıb:

Yaranmış problemlərin həlli, subasma hallarının aradan qaldırılması ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində çalışır. Qurumdan bildirilib ki, hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
51
50
xezerxeber.az

10Источники