RU

"İsrail regionu fəlakətə sürükləyir" -

"Vəziyyət getdikcə daha dramatik xarakter alır. Böyük bir müharibənin astanasındayıq". Metbuat.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. Türkiyəli diplomat həyəcan təbili çalıb: "Müharibənin bədəli çox ağır olacaq. Heç kim buna İsrailin müharibəsi kimi baxmamalıdır. İsrail regionu fəlakətə sürükləyir. Bu müharibə bölgədə mövcud olan dövlətlərə yaxşı perspektiv vəd etmir". Hakan Fidan beynəlxalq təşkilatların müharibəni dayandırmaq iqtidarında olmadığını vurğulayıb: "Hörmətli prezidentimiz Ərdoğan da dəfələrlə deyib ki, beynəlxalq təşkilatların statusuna yenidən baxılmalıdır. Faktiki olaraq BMT daxil heç bir təşkilat ABŞ-İsrail-İran müharibəsini dayandırmaq iqtidarında deyil".

Türkiyəli diplomat ölkəsinin müharibənin dayanması üçün bütün imkanları səfərbər etdiyini vurğulayıb. "Təəssüf ki, İsrailin baş naziri Benyamin Netenyahunun aqressiv davranışı danışıqlar prosesinə başlamağa imkan vermir", - Fidan belə deyib.

Избранный
82
metbuat.az

1Источники