RU

Küveyt hava limanında dəhşətli mənzərə: yanğınsöndürənlər ölüm-dirim savaşı verir - VİDEO

Küveytin hava limanı ərazisində vəziyyət son dərəcə kritik həddə çatıb.

Musavat.com xəbər verir ki, İranın pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində yanacaq rezervuarları ciddi zədələnib və ərazi böyük miqyaslı yanğına bürünüb.

Hadisə yerindən yayılan videokadrlarda vəziyyətin nə qədər ağır olduğu açıq görünür. 

Yanğın o qədər güclüdür ki, alov sütunları uzaq məsafədən belə görünür və hava limanının böyük hissəsi tamamilə od içində qalıb.

Yanğınsöndürmə briqadaları fasiləsiz şəkildə hadisə yerində çalışır. Xüsusi texnikalar və çoxsaylı ekipajlar alovun qarşısını almağa cəhd göstərsə də, güclü yanacaq yanğını vəziyyəti daha da çətinləşdirir. Əraziyə əlavə qüvvələrin cəlb olunduğu bildirilir.

İlkin məlumatlara görə, yanğın nəticəsində infrastruktura ciddi ziyan dəyib. Hadisənin miqyası və mümkün itkilərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

 

Musavat.com

Избранный
36
25
musavat.com

10Источники