RU

Yazıçı Etibar Həsənzadənin kitabı Anavatan Partiyasının sədrinə hədiyyə olunub - FOTOLAR

Yazar Etibar Həsənzadənin “Zəfərlərə Doğu” adlı kitabı qardaş Türkiyədə Anavatan Partiyasının Genel Başkanı İbrahim Çələbiyə hədiyyə edilib.

QHT.az xəbər verir ki, bu barədə müəllif Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat paylaşıb. Bildirilib ki, kitab Türkiyədə fəaliyyət göstərən Gönül elçisi Mustafa Nazilli tərəfindən partiya sədrinə təqdim olunub.

Müəllif paylaşımında göstərilən diqqət və hörmətə görə İbrahim Çələbiyə təşəkkürünü ifadə edib. Eyni zamanda, onu layiqincə təmsil etdiyinə görə Mustafa Nazilliyə minnətdarlığını bildirib.

Etibar Həsənzadə hər iki şəxsə xoş arzularını çatdıraraq, onlara uzun ömür və uğurlar arzulayıb.

Избранный
81
qht.az

1Источники