RU

Ən çox milyarder hansı şəhərdə doğulub?

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyada ən varlı insanların doğulduğu şəhərlərin 2026-cı il reytinqi açıqlanıb. "Forbes" nəşrinin paylaşdığı siyahıda Nyu-York şəhəri birinci yerdədir. Bu böyük şəhərdə dünyaya göz açanlardan 69 nəfəri milyarderdir.

Reyting.az xəbər verir ki, nəşrin araşdırmasına görə, siyahıda Asiya şəhərləri də ön sıralardadır. Honq Konqda doğulanlardan 57, Sinqapur şəhərində anadan olanlardan 30, Hindistanın Mumbai şəhərində dünyaya gələnlər arasında isə 28 milyarder var.

Tayvanın paytaxtı Taypey (Taipei) şəhəri də diqqətdən kənar qalmayıb, bu şəhərdə 11 milyarder doğulub. Taypey həm də məşhur milyarder Censen Huanqın doğulduğu şəhərdir.

Avropa və ABŞ ilə müqayisədə Rusiyanın paytaxtı Moskva şəhəri də seçilir. Bu şəhər siyahıya 25 milyarderi ilə düşüb. Üstəlik, Moskva bu göstərici ilə ABŞ-nın Çikaqo şəhərini ötüb. Bu şəhərdə 15 tanınmış iş adamı, milyarder doğulub.

Amerikanın Los Anceles şəhərində 13 milyarder dünyaya göz açıb.

Cənubi Amerikada yalnız Rio de Janeiro 15 milyarderin doğulduğu şəhər kimi siyahıya düşüb.

Siyahıda Almaniyanın İngelhaym-am-Rayn şəhəri də yer alıb. Ölkənin bu kiçik şəhəri 10 milyarderin doğulduğu məkan olmaqla yanaşı, dünyaca məşhur olan, Almaniyanın lider şirkəti "Boehringer Ingelheim"in şəhəridir.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
reyting.az

1Источники