RU

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.

Nazirlikdən Missiya.Az-a verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində 25-i azyaşlı olmaqla ümumilikdə 118 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri ümumilikdə FHN-in Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Sumqayıt Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir.

Избранный
15
17
missiya.az

10Источники