“Red Bull” komandasını təmsil edən 28 yaşlı niderlandlı, dördqat Formula 1 çempionu Maks Ferstappen “kral yarışları”ndakı gələcəyi barədə düşünür.
Publika.az xəbər verir ki, “The Race” Ferstappenin sözlərini sitat gətirib: “Şəxsən həll etməli olduğum çox şey var”.
Ferstappenin 2026-cı il mövsümündə qüvvəyə minən və ötən mövsüm bu problemlər barədə xəbərdarlıq etdiyi mövcud texniki qaydalardan getdikcə daha çox narazı olduğu bildirilir.