RU

Afrika parçalanır: Yeni okean yaranır

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Şərqi Afrika rift zonasında qitə tədricən iki hissəyə ayrılır və bu proses milyonlarla ildən sonra Efiopiya və Keniya ərazilərinin ada tipli formaya çevrilməsinə səbəb ola bilər.

Oxu.Az pravda.ru-ya istinadən xəbər verir ki, alimlər bu hadisənin səbəbini Yerin dərin qatlarından - təxminən 2 900 kilometr dərinlikdən qalxan "superplyum" adlı qızmış maddə axını ilə izah edirlər.

Bu axın qitə qabığını zəiflədir, onu aşağıdan "əridir" və nəticədə torpaq qatlarının ayrılmasına gətirib çıxarır.

Uzunluğu təxminən 3 500 kilometr olan rift zonasında tektonik plitələr ildə bir neçə santimetr sürətlə bir-birindən uzaqlaşır. Bu, insan həyatı üçün hiss olunmayacaq qədər yavaş proses olsa da, geoloji miqyasda yeni okeanın yaranmasına səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, bölgədə artan seysmik aktivlik və qaz çıxışı bu prosesin davam etdiyini təsdiqləyir. Gələcəkdə Somali plitəsinin Afrikadan ayrılması ilə Hind okeanının suları bu əraziyə dolaraq yeni okean hövzəsi formalaşdıra bilər. Bu dəyişikliklərin isə yaxın deyil, milyonlarla il ərzində baş verəcəyi vurğulanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
34
oxu.az

1Источники