RU

Rusiyanın Ust-Luqa limanı PUA hücumuna məruz qaldı

BAKI, 29 mart. TELEQRAF

Rusiyanın Leninqrad vilayətində yerləşən Ust-Luqa limanına pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edilib.

Teleqraf xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində liman ərazisində dağıntılar qeydə alınıb və yanğın başlayıb. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko hazırda yanğının söndürülməsi istiqamətində işlərin aparıldığını bildirib. O, hücumun dəf edilməsi zamanı 31 PUA-nın vurulduğunu qeyd edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Leninqrad vilayətindəki "Novatek-Ust-Luqa" zavoduna zərbə endirilməsini Rusiyanın Ukrayna energetikasına hücumlarına cavab adlandırıb.

Избранный
38
21
teleqraf.com

10Источники