RU

Masazırda BMW və “Hyundai” yandı – Video


Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində avtomobildə yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “Hyundai” markalı minik avtomobilinin salon və mühərrik hissəsi, yaxınlıqda dayanmış BMW markalı minik avtomobilinin isə arxa hissəsi qismən yanıb.
Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub”, - məlumatda deyilir.
Избранный
3
19
yeniavaz.com

10Источники