RU

Bakı və Abşeron yarımadasına düşən yağıntının miqdarı normadan 6 dəfə çox olub

Ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edib, dağlıq ərazilərə qar yağıb, səhər saatlarından yağıntılar tədricən zəifləyib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 53, Qrızda 8, Kəlbəcərdə 5, Laçın, Xınalıqda 3 sm-dir. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 143 mm qeydə alınıb ki, bu da aylıq normanın 606 %-dir (6 dəfə çox).

Xızıda 92 (aylıq normanın 204%-i), Qobustanda 88 (aylıq normanın 205%-i), Şamaxıda 83 (aylıq normanın 113%-i), Qusarda 82 (aylıq normanın 218%-i), Qrızda 81 (aylıq normanın 146%-i), Kürdəmirdə 73 (aylıq normanın 213%-i), Xaltanda 72 (aylıq normanın 191%-i), Xaçmazda 66 (aylıq normanın 272%-i), Şahdağda 65 (aylıq normanın 93%-i), Qubada 58 (aylıq normanın 154%-i), Şəkidə 52 (aylıq normanın 82%-i), Şabranda 52 (aylıq normanın 225%-i), Qəbələdə 44 (aylıq normanın 49%-i), Oğuzda 44 (aylıq normanın 53%-i), Daşkəsəndə 41 (aylıq normanın 79%-i), Xınalıqda 39 mm (aylıq normanın 104%-i), Ağdamda 33 (aylıq normanın 93%-i), Tərtərdə 32 (aylıq normanın 120%-i), İsmayıllıda 32, Neftçalada 31 (aylıq normanın 107%-i), Bərdədə 31 (aylıq normanın 116%-i), Sabirabadda 30 (aylıq normanın 100%-i), Göyçayda 28 (aylıq normanın 64%-i), Gədəbəydə 28 (aylıq normanın 67%-i), Qax (Sarıbaş), Lerikdə 26, Naftalanda 24 (aylıq normanın 125%-i), İmişlidə 24 (aylıq normanın 80%-i), Ağsuda 23, Zərdabda 23 (aylıq normanın 80%-i), Biləsuvarda 22 (aylıq normanın 59%-i), Şirvanda 22 (aylıq normanın 73%-i), Şahbuzda 22 (aylıq normanın 51%-i), Yevlaxda 22 (aylıq normanın 91%-i), Mingəçevirdə 21 (aylıq normanın 72%-i), Astarada 20, Lənkəranda 19, Ordubadda 18 (aylıq normanın 59%-i), Beyləqanda 17 (aylıq normanın 60%-i), Goranboyda 16 (aylıq normanın 83%-i), Şəmkirdə 15 (aylıq normanın 54%-i), Göygöl, Yardımlıda 13, Zaqatalada 13, Cəlilabad, Balakəndə 12, Sədərəkdə 11, Şərur, Naxçıvanda 10, Tovuzda 8, Gəncə, Culfada 7, Ağstafada 3, Xankəndi, Xocalı, Zəngilan, Füzulidə 2 mm-dir.

Qərb küləyi əsib, küləyin maksimal sürəti Daşkəsəndə 21, Şahdağda 20, Şabranda 18, Zəngilanda 15 m/s-yə çatıb.

Избранный
3
49
far.az

10Источники