
Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin vəfat etdiyi bildirilir.
Yeniavaz.comxəbər verir ki, bu barədə Bakupost.az məlumat yayıb.
Bildirilib ki, aktyor İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.
Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə anadan olub və uzun illər Azərbaycan teatr səhnəsində və kinematoqrafiyada fəaliyyət göstərib.