RU

Rasim Balayev vəfat etdi

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.

Oxu.Az Bakupost.az-a istinadla xəbər verir ki, tanınmış aktyor İstanbulda yerləşən "Memorial" xəstəxanasında 77 yaşında dünyasını dəyişib.

Məlumata görə, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı.

O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.

Qeyd edək ki, Rasim Əhməd oğlu Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub.

O, ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən teatr studiyasında da çalışıb.

1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.

1976-cı ildə "Azərbaycan SSR Əməkdar artisti", 1982-ci ildə "Azərbaycan SSR Xalq artisti" fəxri adlarına layiq görülüb. 1986-cı ildə ona Azərbaycan SSR Dövlət mükafatı ("Atları yəhərləyin" bədii filmində "Səlim bəy" roluna görə) təqdim olunub. 1988-ci ildə "Şöhrət", 2018-ci ildə "Şərəf", 2023-cü ildə "İstiqlal" ordenləri ilə təltif olunub. 2019-cu ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

R.Balayev 5 mart 2024-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
18
oxu.az

10Источники