RU

İçərişəhərdə parkinqə 40 manata yaxın pul ödədi

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Şair Nazilə Səfərli İçərişəhərdə parklanma qiymətlərindən narazılığını açıq şəkildə ifadə edib.O, İçərişəhər ərazisində avtomobilini 7 saat 18 dəqiqə saxladığını və bunun üçün 38 manat ödədiyini bildirib. Sosial şəbəkədə paylaşdığı videoda şair bu məbləğə təəccübünü gizlətməyib.“7 saat 18 dəqiqə İçərişəhərdə olmuşam, parklanma üçün 38 manat yazıb. Ay Allah. İçərişəhərdə parklanma lap ‘su’ qiymətinədir”, – deyə o, paylaşımında qeyd edib.Xatırladaq ki, İçərişəhər qoruğunda parklanma qaydalarına əsasən, ilk 15 dəqiqə üçün ödəniş 3 manat təşkil edir. Bu müddətdən sonra isə hər saat üçün 5 manat hesablanır.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
demokrat.az

1Источники