RU

Braziliyalı müdafiəçi ''Qalatasaray''a geri dönmək istəyir

''Qalatasaray''ın sabiq üzvü Markao maraqlı fikirlər səsləndirərək bu kluba geri dönməyə hazır olduğuna işarə vurub.

"Football-plus.az" xəbər verir ki, 2018/19-un qış transfer dönəmində, yəni Fatih Terimin sonuncu dönəmində ''Çaveş''dən 4 milyon avroya heyətə cəlb olunan braziliyalı mərkəz müdafiəçisi Türkiyə karyerasında 3,5 il ərzində 141 oyuna çıxmış və bir çempionluq olmaqla 3 titul qazanmışdı.

2022-nin yayında o, 15 milyon avroya ''Sevilya''ya satıldı. 30 yaşlı futbolçu indiyə qədər də ''Sevilya''dadı və mövsümün sonunda İspaniyanı tərk etməyə hazırlaşır. O, bir ''yutub'' kanalına maraqlı etiraf edərək ''Cim-Bom''a geri dönmək istədiyini deyib:

''Mənim üçün birinci seçim karyeramı vətənimdə başa vurmaqdı. Alınmasa, Avropada tamamlayacam. ''Qalatasaray'' variantı da var. Təbii ki, tək mən yox, onlar da ora qayıtmağımda maraqlı olmalıdı. ''Qalatasaray'' mənim üçün faktiki olaraq hər şeyin başladığı yerdi. Məhz ora transfer olunduqdan sonra həyatım dəyişməyə başladı. Özü də hər şey bir anda baş verdi. Bu dəyişikliyi gözləmirdim. Menecerim bu xəbəri mənə çatdırdıqda diz çöküb ''Tanrıya şükürlər olsun'' dedim. İstanbula çatdıq və təyyarədən düşən kimi qarşımda iki polis gördüm. Sonra fanatlar ətrafıma toplaşdı və klubun şərfini boynuma keçirdilər. Həmin an yaşadığım hissləri sözlə ifadə etmək çətindi. Sonradan kluba o qədər bağlandım ki, hətta aslan döyməsi də vurdurdum. ''Qalatasaray'' mənim həyatımı yaxşı mənada dəyişdirdi''.
Избранный
26
1
football-plus.az

2Источники