RU

Dərbənddə Azərbaycan Teatrının yeni binada açılışı olub

Xəbər verildiyi kimi, Dağıstanın paytaxtı Dərbənddə binası yeni təmirdən çıxmış Azərbaycan Dövlət Musiqili Dram Teatrı qapılarını sənətsevərlərin üzünə açıb. 

Azərbaycan Prezidenti İlham Əliyev açılış münasibətilə təbrik ünvanlayıb. Dövlət başçısının təbrik məktubunu mərasimdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov səsləndirib. 

Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin videokonfrans vasitəsilə açılış mərasimə qatılaraq təbrik çıxışı edib. Qonşu ölkənin  Prezidenti yenilənmiş teatrın açılışının Dağıstanın, bütün ölkənin və Qafqaz dövlətlərinin mədəni həyatı üçün əlamətdar hadisə olduğunu qeyd edərək, zəngin mədəni mühitin yalnız paytaxtlarda deyil, bütün bölgələrdə əlçatan olmasının vacibliyini vurğulayıb.

XQ-yə açıqlamasında 122 yaşlı teatrın baş rejissoru, Azərbaycanın Əməkdar artisti Sərvər Əliyev bildirib ki, Bakıdan gələn nümayəndə heyətinin də iştirak etdiyi mərasimdə o və yaradıcı heyətin üzvləri mükafatlandırılıblar. Sərvər Əliyev özü “Dağıstan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Mükafatları  respublikanın rəhbəri Sergey Melikov təqdim edib.

Sərvər Əliyev deyib ki, Əvvəllər “Rodina” (Vətən) kinoteatrı kimi fəaliyyət göstərən teatrın binası tamamilə yenidən qurulub. Yenilənmiş mədəniyyət obyektinin rəsmi açılış proqram çərçivəsində Novruz bayramına həsr olunmuş kütləvi tədbirlər və konsert proqramı da reallaşıb.   

Teatrın şərəfli tarixi var. Fəaliyyətə həvəskar türk dram dərnəyi kimii başlayıb, sonradan isə həmin dərnək peşəkar teatrın təməlini təşkil edib. İlyarım öncə Bakıda Dərbənd Azərbaycan teatrının 120 illiyi qeyd edilib.  

Ə.ƏLİYEV

XQ

Избранный
14
1
xalqqazeti.az

2Источники