RU

Xalq artisti Rasim Balayev vəfat edib

Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, tanınmış aktyor İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.

Qeyd edək ki, Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu rayonunda anadan olub. Onun kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün əsl sənət məktəbi olub. O, “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rolları ilə əsl tamaşaçı sevgisini qazanıb. 

Избранный
15
2
azerbaijan-news.az

10Источники