RU

Meksikada azarkeş futbol matçından əvvəl stadionda ölüb

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Futbol üzrə Meksika və Portuqaliya milli komandaları arasında Mexikoda keçirilən yoldaşlıq oyunundan əvvəl bir azarkeş aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Moderator.az "France-Presse" agentliyinə istinadən xəbər verir ki, hadisə dünya çempionatı ərəfəsində yenidənqurmadan sonra açılan arenada baş verib.

Qeyd olunur ki, insident 0:0 hesabı ilə başa çatan oyundan bir neçə saat əvvəl baş verib. Bildirilir ki, sərxoş azarkeş tribunaların ikinci yarusundan birinci yarusuna tullanmağa cəhd edib və yıxılıb. Ehtimala görə, həlak olan şəxs 27 yaşlı kişidir.

Mexikodakı stadionda Meksikanın ABŞ və Kanada ilə birlikdə ev sahibliyi edəcəyi DÇ-2026-nın matçları keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
3
moderator.az

4Источники