RU

Rusiya İrana kömək edir Zelenski

ain.az, Modern.az portalına istinadən məlumat verir.

Rusiya tərəfi ABŞ-nin Səudiyyə Ərəbistanındakı aviabazasının peyk görüntülərini çəkərək İranın həmin obyektə hücumuna şərait yaradıb.

Modern.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə əldə olunmuş kəşfiyyat məlumatlarını media ilə bölüşüb.

O bildirib ki, Rusiya hücumdan əvvəl həmin bazanın görüntülərini üç dəfə peyk vasitəsilə qeydə alıb:

"İranlılara kömək etmək Rusiyanın maraqlarına xidmət edir. Mən buna sadəcə inanmıram, bunu bilirəm ki, onlar məlumat paylaşırlar".

Qeyd edək ki, hücum nəticəsində ABŞ-yə məxsus qırıcı təyyarələrə ciddi ziyan dəyib, hərbçilər arasında yaralananlar olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
3
modern.az

2Источники