“FIFA Series-2026” turniri çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Syerra-Leone yığmasının köməkçi məşqçisi Pol Kpaka mətbuat konfransında iştirak edib. "Rekord.az" xəbər verir ki, o, yığmamıza qarşı yaxşı hazırlaşdıqlarını bildirib:


"Öncə qonaqpərvərliyə görə təşəkkür edirəm. Yaxşı qarşılandıq. Burada olmaq xoşdur. Mən ilk dəfə 2009-cu ildə "Jerminal"ın heyətində Bakıda olmuşam. O vaxt İntertoto Kubokunda "Neftçi" ilə qarşılaşmışdıq. Bakı çox dəyişib, gözəlləşib.


Oman millisinin siyasi səbəblərdən qatılmaması planlarımızı pozdu. İki yox, 1 oyun oynamalı olduq. Amma bu problem deyil. Əvəzində yaxşı məşq etmək imkanı qazandır. Azərbaycanın Sent-Lüsiya ilə oyununu təhlil etmişik. Keyfiyyətli komandanız var. İki heyət oynatdız. Deməli, ehtiyat qüvvəniz də var, yaxşıdır və bunu həmin matçda əyani gördük. Biz də yaxşı hazırlaşmışıq. İtkimiz yoxdur. Azərbaycanla matçda həm müxtəlif oyunçularını sınamaq fikrimiz var, həm də nəticəni düşünəcəyik. Çünki bu qarşılaşmanın nəticəsi FIFA sıralamasında nəzərə alınacaq".