RU

İshaq Dar: ABŞ-İran danışıqları yaxın günlərdə İslamabadda baş tuta bilər

Bakı, 29 mart, AZƏRTAC

ABŞ-İran danışıqları yaxın günlərdə İslamabadda baş tuta bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar İslamabadda Misir, Türkiyə və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə məsləhətləşmələrdən sonra keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib: “Pakistan qarşıdakı günlərdə mövcud münaqişənin hərtərəfli və davamlı həlli üçün iki tərəf arasında mənalı danışıqlara ev sahibliyi etməkdən və onları asanlaşdırmaqdan şərəf duyacaq”. Dar deyib ki, rəsmi İslamabad həm İranın, həm də ABŞ-nin Pakistanın danışıqları asanlaşdıracağına inamını ifadə etməsindən çox məmnundur.

Redaksiya

Избранный
41
1
azertag.az

2Источники