RU

"Artıq zövq almıram" - Dünya çempionundan gözlənilməz etiraf

Dördqat dünya çempionu Maks Ferstappen "Formula-1"də gələcəyi barədə düşünməyə başladığını bildirib.

Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, o, artıq yarışlardan əvvəlki kimi zövq almadığını deyib.

Pilot mövsümün sonunda karyerasını bitirib-bitirməyəcəyi ilə bağlı suala cavabında bu barədə düşündüyünü qeyd edib. Onun sözlərinə görə, "Formula-1"in tələb etdiyi səylərin buna dəyib-dəymədiyi və ailəsi ilə daha çox vaxt keçirməyin daha yaxşı olub-olmadığı barədə tərəddüd edir.

Qeyd edək ki, "Formula-1" pilotunun "Red Bull Racing" ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Избранный
15
1
bakivaxti.az

2Источники