RU

Səhər oyanan kimi telefona baxmaq zərərlidir – səbəbi açıqlandı

Səhər oyanan kimi telefona baxmaq vərdişi düşündüyündən daha zərərli ola bilər.

Musavat.com xəbər verir ki, mütəxəssislər günün ilk dəqiqələrində ekran qarşısında olmaq beynin fəaliyyətinə mənfi təsir göstərdiyini bildirir.

Onların sözlərinə görə, oyanan kimi sosial şəbəkə və xəbərlərə baxmaq stress hormonlarının artmasına səbəb olur. Bu isə gün ərzində diqqətin tez dağılmasına və yorğunluq hissinin yaranmasına gətirib çıxarır.

Araşdırmalara əsasən, səhər ilk 10–15 dəqiqəni telefonsuz keçirmək daha faydalıdır. Bu zaman beyin daha sakit şəkildə oyanır və günə fokuslanmaq daha asan olur.

 

Musavat.com

Избранный
3
16
musavat.com

10Источники