RU

Musayev ilk qələbəsini al-qan içində qazandı - VİDEO

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev UFC arenasında növbəti döyüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, ABŞ-nin Sietl şəhərində təşkil olunan turnirdə 36 yaşlı idmançı çilili rəqibi İqnasio Bahamondes üzərində qələbə qazanıb.

3 raund davam edən mübarizədə statistik göstəricilərə görə, Musayev rəqibinə 145 zərbədən 82-ni dəqiq çatdırıb. Hakimlər yekdilliklə qələbəni azərbaycanlı idmançıya veriblər.

İqnasio Bahamondes də sonuncu dəfə ötən yay Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olmuşdu.

Избранный
18
sportinfo.az

1Источники