Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakıda yol hərəkəti qaydasını pozan sürücülər kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə martın 3-də, paytaxtın 28 May küçəsində qeydə alınıb. Belə ki, 77-KB-919 qeydiyyat nişanlı "Toyota" markalı və 77-NH-369 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüləri tıxac zamanı piyada keçidinin üzərində dayanıblar. Bu səbəbdən yolu keçməyə çalışan piyadalar məcburi şəkildə keçiddən kənara çıxmalı olublar.
"Yol hərəkəti haqqında" qanunun 54-cü maddəsinin III hissəsində qeyd olunub ki,
əgər piyada keçidindən o biri tərəfdə tıxac yaranıbsa və bu, sürücünü piyada keçidində dayanmağa məcbur edəcəksə, onun piyada keçidinə girməsi qadağandır.
Bu qayda pozuntusuna yol verən sürücülər qanunla məsuliyyətə cəlb edilə bilərlər.
Fərid
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.