RU

Gecə dırnaq kəsmək uğursuzluq gətirir? – mif, yoxsa həqiqət...

Gecə saatlarında dırnaq kəsməyin “uğursuzluq gətirdiyi” barədə inanclar hələ də cəmiyyətdə geniş yayılıb. Bu fikir xüsusilə yaşlı nəsil arasında ciddi şəkildə qorunur və nəsildən-nəslə ötürülür.

Xəbər verilir ki, bu inancların kökü qədim dövrlərə gedib çıxır. Elektrik enerjisinin olmadığı vaxtlarda insanlar gecə zəif işıq altında gündəlik işlərini görürdülər və bu da müxtəlif xəsarətlərə səbəb ola bilirdi. Dırnaq kəsmək isə xüsusilə riskli hesab olunurdu – barmağın zədələnməsi halları tez-tez baş verirdi.

Bundan əlavə, xalq arasında belə bir fikir formalaşıb ki, gecə dırnaq kəsmək evdən bərəkətin çıxmasına səbəb olur. Bu isə daha çox simvolik yanaşma kimi qiymətləndirilir və konkret elmi əsaslara söykənmir.

Digər tərəfdən, bəzi inanclarda gecə vaxtı mistik qüvvələrin daha aktiv olduğu iddia olunur. Bu səbəbdən insanın bədənindən hər hansı bir hissənin – o cümlədən dırnağın – kəsilməsi “pis enerjini cəlb edə bilər” kimi yozulub.

Mütəxəssislər isə bildirirlər ki, bu kimi fikirlər daha çox folklor və ənənə xarakteri daşıyır. Müasir dövrdə kifayət qədər işıq və gigiyenik şərait olduğu üçün gecə dırnaq kəsməyin heç bir real təhlükəsi yoxdur./musavat


Избранный
13
4
azia.az

5Источники