RU

Azərbaycanın U-17 millisi Maltaya qarşı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda bu gün son oyununa çıxacaq.

İdmanxeber.az xəbər verir ki, Aqil Nəbiyevin çalışdırdığı komanda B liqasının 2-ci qrupunda Malta millisi ilə qarşılaşacaq.

Bolqarıstanın Plovdiv şəhərindəki “Nikola Şterev – Starika İdman Kompleksi”ndə keçiriləcək matç Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Избранный
3
3
idmanxeber.az

10Источники