RU

Filippinlərdə 300-dən çox yanacaqdoldurma məntəqəsi bağlandı

Filippinlərdə qlobal gərginliyin təsiri ilə yanacaq təchizatında ciddi problemlər yaranıb, yüzlərlə yanacaqdoldurma məntəqəsi fəaliyyətini dayandırıb.

Far.Az xəbər verir ki, hökumət rəsmilərinin açıqlamasına görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının təsiri nəticəsində təchizat zəncirində məhdudiyyətlər yaranıb. Bu səbəbdən ölkə üzrə 300-dən çox yanacaqdoldurma məntəqəsi bağlanıb.

Məlumata görə, hazırda Filippinlərdə yanacaq ehtiyatlarının azalması enerji sektorunda ciddi fasilələrə səbəb olub.

Filippin Milli Polisi tərəfindən açıqlanan son məlumatlara əsasən, ölkə üzrə ümumilikdə 365 yanacaqdoldurma məntəqəsi fəaliyyətini tam dayandırıb. Təchizat problemləri səbəbindən bir çox bölgədə nəqliyyat və logistika xidmətlərində də çətinliklər yaranıb.

Rəsmilər bildiriblər ki, mövcud yanacaq ehtiyatları əsasən dövlət xidmətləri və fövqəladə hallarda istifadə olunan nəqliyyat vasitələri üçün saxlanılır.

Eyni zamanda, fevralın 28-dən bəri ölkədə yanacaq qiymətləri kəskin artaraq iki dəfədən çox yüksəlib.

İqtisadçılar xəbərdarlıq edirlər ki, enerji xərclərinin bu cür artması ərzaq və digər əsas istehlak mallarında inflyasiyanı sürətləndirə bilər.

Избранный
19
1
far.az

2Источники