RU

Yevlaxda yıxılan 72 yaşlı kişi xəstəxanada öldü

Yevlaxda ot bağlamalarının üzərindən yıxılaraq xəsarət alan 72 yaşlı şəxs ölüb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə martın 1-i rayonun Qoyunbinəsi kəndinin ərazisində baş verib.

Belə ki, Ağdam rayon sakini 1954-cü il təvəllüdlü Zeynal Abbas oğlu Tağıyev ot bağlamalarının üzərindən yıxılması nəticəsində boyun nahiyəsindən xəsarətlə xəstəxanaya gətirilib və martın 28-i ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Избранный
16
6
cebheinfo.az

10Источники