RU

Rasim Balayevin qardaşı: "Müalicəyə getmək istəmirdi"

"Sonuncu dəfə Türkiyəyə getməmişdən əvvəl evində gördüm, görüşdük. Müalicəyə getmək istəmirdi. Sonradan vəziyyəti kritik oldu, razılaşdı getməyə".
 
Bu fikirləri Oxu.az-a açıqlamasında mərhum Xalq artisti Rasim Balayevin qardaşı Rasəddin Balayev deyib.
 
O qeyd edib ki, böyük ümidlə Rasim Balayevin yolunu gözləyirdilər:
 
"Bədən zəifləmişdi, ona görə də qarşısını ala bilmədik. Böyük itkidir. Tək bizim yox, xalqın itkisidir".
 
Qeyd edək ki, Rasim Balayev İstanbulda yerləşən "Memorial" xəstəxanasında 77 yaşında dünyasını dəyişib.
 
Избранный
11
6
moderator.az

7Источники