RU

“Paşinyan xalqa sülhün və rifahın formulunu təqdim edib”

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Nikol Paşinyanın ətrafında olan ermənilər R.Koçaryan və S. Sarkisyanın ətrafında olan ermənilərdən fərqlidir. N.Paşinyanın ətrafında əsasən yerli ermenilərdi. Onlar daha müasir, intellektual və  Azərbaycanla sülhü istəyənlər. R. Koçaryanın ətrafında olanlar Qarabağdan gedən ermənilər daha aqressiv, revanşist fikirlərə hakim olan 90-ci illərdə qalmadi”.

Gununsesi.info bildirir ki, bunu siyasi ekspert Məhəmməd Əsədullazadə deyib:

“Koçaryan seçki kampaniyasına “Artsaxın birinci prezidenti” ve Ermənistanın ikinci prezidenti təbliğatı ilə başlayıb. Bu da onu göstərir ki, R. Koçaryan Qarabağ məsələsini gündəmə gətirmək onun əsas planıdır.

Ötən həftə N. Paşinyan qeyd etdi ki, R. Koçaryan Qarabağdandi və onun Ermənistana heç bir aidiyyatı yoxdur. Həmçinin onun Qarabağdan olduğu üçün legitim olmadığını vurğuladi. N. Paşinyan birinci və İkinci Qarabağ müharibəsində iştirak edənlərin orden və medallardan, dövlət imtiyazlarından ləğvində maraqlıdır. Çünki, bu müharibənin Ermənistanın müstəqilliyinin üstündən xətt çəkdiyini və işğalçı müharibə olduğunu dəfələrlə erməni xalqına bildirib.

İyunun 7-də keçiriləcək seçkilərdə N. Pasinyan R. Koçaryanı böyük fərqlə məğlub edəcək. Çünki, R. Koçaryan yenidən Qarabağ məsələsini ortaya atır, sülh mətnini yenə təftiş edəcəklərini vurğulayır. Onun ermeni xalqına alternativ nəsə təqdim edəcəyi də yoxdur.

Koçaryan hesab edir ki, Qarabağ məsələsini və ölkəsinin təhlükəsizlik qarantisini gündəmə gətirməklə, erməni əhalisinin səsini alacaq.

Hazırda erməni əhalisini Qarabağ qəti maraqlandırmır. Onları sülh və rifah istəyir. Sabah N. Pasinyan çıxıb desə ki,” Qarabağ məsələsini gündəmə gətirəcəm” -deyərsə seçkilərdə ermeni əhalisi ona səs verməyəcək.

Artıq Ermənistanda ölkənin gələcəyini erməni əhalisi müəyyən edir. N.Paşinyan xalqa sülhün və rifahın formulunu təqdim edib. Bu, Azərbaycanla sülh və Qarabağ hərəkatından imtinadır”.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
icma.az

1Источники