Türkiyənin Qaziantepə əyalətində bir qadının 6 əri, 2 sevgilisi var.
Ölkə.az xəbər verir ki, Rahibə adlı bir türkiyəli qadın dördüncü ərindən qaçaraq beşinciyə, sonra isə beşincidən altıncıya gedib. Hadisə Türkiyənin cənub-şərqində, Qaziantep əyalətində baş verib.
Beşinci əri onun geri qayıtmasını təkidlə tələb edəndə, Rahibə onunla razılaşıb... Lakin qayıtması üçün bir şərt irəli sürüb. Altıncı ərdən boşanmaq planlarına daxil deyil. Ən maraqlısı da ondan ibarətdir ki, beşinci ər Rahibənin bu şərtini qəbul edib.
Verilən məlumata görə, Rahibənin 5-ci və 6-cı əri onuna eyni tekstil fabrikində işləyir. Ərlərdən biri gündüz, digəri isə gecə növbəsində çalışıb. Rahibə gündüzlər biri ilə, gecələr isə digəri ilə yaşayır. İstirahət günlərində isə xadiməlik edərək pul qazanır.
Rahibənin beşinci əri ilə rəsmi, altıncı ilə isə dini nikahda olub. Uşağı dünyaya gələndə DNT testi edilib və ortaya ortaya şokedici bir nəticə çıxıb. Belə ki, DNT testinin nəticələrinə əsasən ərlərin heç biri uşağın atası olmayıb.
Sonradan məlum olub ki, qadının ərlərindən başqa daha iki sevgilisi də var. Sevgililər isə həftəsonları təmizliyə getdiyi evlərin sahibləri olub. Uşağın atasının kim olduğunu qadın özü də bilmir.
Yerli medianın məlumatına görə, qonşular və kişilərin iş yoldaşları bu vəziyyətdən şoka düşsələr də, Rahibənin hər bir kişinin etibarından istifadə etdiyini qeyd ediblər.
Yaranmış vəziyyətdən sonra qadın İzmirə köçüb və orada kirayə mənzildə yaşayır. Hər iki ər isə fabrikdə işləməyə davam edir və bir-birlərindən qaçmağa çalışırlar.
Uşaq isə anasında qalıb. Hazırda aliment məsələsi məhkəmədə həll olunur. Məhkəmənin tələbi ilə keçirilən psixoloji ekspertiza Rahibədə hər hansı bir psixi pozğunluq aşkar etməyib.
Ölkə.az