Azərbaycan millisi bu gün “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ikinci oyununa çıxacaq.
İdmanxeber.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Syerra Leone yığması ilə üz-üzə gələcək. Yığmamız matçda favorit hesab olunur.
Belə ki, bukmeker kontorları Azərbaycan millisinin qələbəsinə 1,67, məğlubiyyətinə isə 5,25 əmsal təyin edib. Matçın heç-heçə bitmə ehtimalı isə 3,52 olaraq dəyərləndirilib.
Xatırladaq ki, Azərbaycan – Syerra Leone görüşü bu gün saat 19:00-da start götürəcək.