RU

Dünya 18 illik böhranın astanasında: Əliyevdən sonra Ərdoğan da hərəkətə keçdi

Mart 27-də Türkiyə Prezident Administrasiyasının Dolmabahçə İş Ofisində mediaya qapalı və olduqca strateji bir zirvə baş tutdu. Prezident Rəcəb Tayyib Ərdoğan dünyanın ən böyük aktiv idarəetmə şirkəti olan “BlackRock”ın baş icraçı direktoru Larry Fink ilə görüş keçirdi. Türkiyə Xəzinə və Maliyyə naziri Mehmet Şimşekin də görüşdə iştirak etdiyi iddia olunur.

Bu görüş Türkiyəyə yönələcək iri həcmli beynəlxalq investisiyaların xəbərçisi kimi qiymətləndirilir.

“BlackRock” sadəcə kapital idarə etmir — “Apple”dan “Microsoft”a, “Amazon”dan enerji nəhənglərinə qədər geniş spektrdə təsir gücünə malik olaraq qlobal iqtisadi prosesləri formalaşdırır.

NOCOMMENT.az xəbər verir ki, politoloq Şəhla Cəlilzadə deyib ki, İranda yaşanan hadisələr bütün dünyanın iqtisadi-maliyyə sistemini silkələyib:

“Bu, sadəcə enerji resurslarının artan qiymətlərində deyil, ümumi sistemdə öz əksini tapır. Təsadüf deyil ki, dünyanın bir çox aparıcı şirkətlərində pay sahibi, o cümlədən investisiya fondlarının üzərində bir çətir fond olmaqla qlobal iqtisadiyyatda və siyasətdə əhəmiyyətli təsir gücünə malik olan “BlackRock” kimi fondlar, o cümlədən onların sahibləri də narahatlıq içərisindədirlər.

“BlackRock” 14 trilyon dollarlıq bir fond olsa da (bu, ABŞ ÜDM-nin az qala 1/2 hissəsi, yaxud 1/3-dən xeyli çox hissəsi deməkdir), maraqlıdır ki, İranda müharibənin başlamasından bu yana cəmi 2–3 həftə sonra müştərilərinin 26 milyard dollar vəsaitini bloklamaq qərarı alaraq özünün çökməsinin qarşısını almaq üçün vəsaitlərin kütləvi çıxarılmasına əngəl olub. Halbuki bu ehtiyatların sahiblərinin — Körfəz ölkələri və s. — müharibədəki itkilər fonunda müvafiq vəsaitlərə ehtiyacları ola bilər. Lakin belə bir fondun çöküşü dünya maliyyə böhranı yarada bilər, başqa sözlə, 2008-ci il dünya iqtisadi böhranının təkrarlanması mümkündür. Odur ki, xilasetmə mexanizmləri dərhal işə düşür. Fondun icraçı direktorunun Türkiyəyə səfərini bu çərçivədə qiymətləndirmək olar”.

sehla
Şəhla Cəlilzadə

Politoloq qeyd edib ki, Türkiyə Körfəz ölkələrində yaşananlar fonunda hazırda ən güvənli ölkədir:

“Odur ki, bura investisiya transferi həyata keçirilə bilər. Lakin həm də yeni layihələrin aktivləşdirilməsi gözlənilir. Belə ki, hələ ötən ildən Qətər-Səudiyyə Ərəbistanı-Suriya-Türkiyə enerji (qaz) boru kəmərinin çəkilməsi məsələsi gündəmə gətirilmişdi, bu, 2024-cü ilin aprel ayında İran İsrailə ilk dəfə raket hücumu etdikdən dərhal sonraya təsadüf edir. Genişmiqyaslı müharibə o vaxt təxmin edilərək Hörmüz boğazında yaşana biləcək hallar, mümkün ssenarilər nəzərə alınaraq İranın təsirindən kənar yeni enerji-nəqliyyat dəhlizinin bu gün artıq sadəcə müzakirə deyil, razılaşma mərhələsində olduğunu qeyd etmək mümkündür.

Ərdoğan-Fink görüşünün detalları ictimaiyyətə açıqlanmasa da, geosiyasi və iqtisadi fonun qiymətləndirilməsi müvafiq ehtimalların reallaşmasını mümkün edir. 2024-cü ilin dekabrında Suriyada müharibənin başa çatması, həmçinin avqust 2025-də Türkiyə-Suriya enerji boru xəttinin fəaliyyətə başlaması qarşıdakı yeniliklərin ilkin xəbərçisi idi. Burada Azərbaycan da özünəməxsus rol oynayır.

Belə ki, ötən ilin avqustundan Azərbaycanın Suriya ilə enerji əməkdaşlığına başlaması qeyd oluna bilər. Təsadüf deyil ki, cənab Prezident İlham Əliyev də yanvar ayında Davos səfərində “BlackRock”un icraçı direktoru ilə görüş keçirmişdi. O cümlədən Azərbaycan-ABŞ strateji tərəfdaşlığı çərçivəsində müvafiq əməkdaşlığın dərinləşdirilməsi gözlənilir.

Beləliklə, dünyada müharibələr daima resurslara sahiblik uğrunda aparılıb və bir regionda müharibə başlayırsa, bunun mütləq enerji və digər resursların yenidən bölüşdürülməsi və yeni nizamın formalaşdırılması ilə səbəb-nəticə əlaqəsi vardır”.\\globalinfo.az

Избранный
16
3
nocomment.az

4Источники