RU

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar

Bakı. Trend:

Prezident İlham Əliyev və Birinci xanım Mehriban ƏliyevaAzərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti RasimBalayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar.

Trend xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Millikino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Kinematoqrafçılarİttifaqının sədri, Azərbaycan Respublikası Prezidentinin fərditəqaüdçüsü, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Əhməd oğluBalayev 2026-cı il martın 29-da ömrünün 78-ci ilində vəfatetmişdir.

Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu şəhərində anadanolmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1965–1969-cu illərdəAzərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsindətəhsil almış, 1969–1972-ci illərdə həmin institutun TədrisTeatrında aktyor kimi fəaliyyət göstərmişdir.

Rasim Balayev 1972-ci ildən etibarən “Azərbaycanfilm”kinostudiyasının aktyoru olmuş, eyni zamanda 1990-cı ildənAzərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin birincikatibi vəzifəsini tutmuş, 2022-ci ildə isə İttifaqın sədriseçilmişdir.

“Azərbaycanfilm” kinostudiyasına gəldiyi ilk vaxtlardanistedadlı aktyor kimi tanınan Rasim Balayev özünəməxsus ifa tərzivə yüksək səhnə mədəniyyəti sayəsində qısa müddət ərzində kinohəvəskarlarının qəlbinə yol tapmışdır. Onun ekran həyatı verdiyi,böyük təsir gücünə malik yaddaqalan obrazlar geniş tamaşaçı kütləsitərəfindən hər zaman rəğbətlə qarşılanmışdır.

Azərbaycan kino sənətinin parlaq ənənələrindən ustalıqlafaydalanan sənətkar olaraq Rasim Balayevin keçdiyi yaradıcılıq yolumilli kino mədəniyyəti tarixində xüsusi bir mərhələ təşkil edir.Onun baş rollarda çəkildiyi filmlər Azərbaycan kinosunun qızılfonduna daxildir. Sənətkarın obrazın mənəvi aləminə dərindən nüfuzetməklə canlandırdığı rəngarəng surətlər kino salnaməmizinunudulmaz səhifələrindəndir. Fitri istedadla yaradılan bu bənzərsizxarakterlər daim özünəməxsusluğu ilə seçilmiş və diqqət mərkəzindədayanmışdır.

Ustad sənətkar qəhrəmanlıq dolu tarixi keçmişimizin və eləcə dəmüasirlərimizin obrazlarına ekran həyatı verərkən dövrünmənzərəsini yaratmağa müvəffəq olmuşdur. Xalqımızın milli-mənəvisərvətlərinin təbliğində və yetişməkdə olan gənc nəslin vətənəsədaqət ruhunda tərbiyə olunmasında Rasim Balayevin oynadığı bütünbu rollar mühüm əhəmiyyət kəsb edir. Sənətkarın ifasında əfsanəviBabək və Nəsimi obrazları Azərbaycan kinematoqrafiyasının xüsusiləböyük uğurlarından hesab edilir.

Rasim Balayev Azərbaycanın hüdudlarından kənarda daekranlaşdırılmış filmlərdə yaddaqalan obrazlar yaradaraq bir dahaözünün sənətkarlıq məharətini nümayiş etdirmişdir.

Cəmiyyət həyatında baş verən proseslərə dərin vətəndaşlıqduyğusu ilə yanaşan Rasim Balayev həmçinin ictimai xadim kimitanınırdı. O, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçünqüvvə və bacarığını əsirgəmirdi.

Rasim Balayevin milli kino mədəniyyətinin inkişafı sahəsindəkixidmətləri layiqincə qiymətləndirilmişdir. O, müxtəlif illərdəyüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülmüş,müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət”, “Şərəf” və“İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Görkəmli sənətkar, qayğıkeş və təvazökar insan Rasim Balayevinişıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!"

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Polad Bülbüloğlu

Anar Rzayev

Hacı İsmayılov

Şəfiqə Məmmədova

Oqtay Mirqasımov

Fəxrəddin Manafov

Избранный
19
49
az.trend.az

10Источники