F-16 qırıcıları ABŞ prezidenti Donald Trampın Floridadakı iqamətgahı yaxınlığında uçuşa qadağan zonanı pozan mülki təyyarəni zərərsizləşdirib.
Publika.az
Komandanlığın açıqlamasında deyilir: "NORAD F-16 qırıcı təyyarələri 29 martda Florida ştatının Palm Biç şəhərində mülki təyyarəni ələ keçirib. Mülki təyyarə təxminən saat 13:15-də (Şərq vaxtı ilə) müvəqqəti uçuş məhdudiyyəti zonasını (TFZ) pozub. Təyyarə NORAD təyyarələri tərəfindən təhlükəsiz şəkildə zonadan çıxarılıb".