RU

İldə cəmi 20 gün yaşayır: qopardan cərimələnir

Türkiyədə “Ağlayan Gəlin” və ya “Kədər Çiçəyi” kimi tanınan lalələrin çiçəklənmə dövrüdür. Mart və aprel aylarında çiçək açan, bölgəni işıqlandıran tərs lalələr yalnız estetik görünüşünə görə deyil, həm də daşıdığı mədəni irsə görə olduqca dəyərlidir.

NOCOMMENT.az bildirir ki, Türkiyədə tərs ​​lalə adlandırılan bu növün dərilməsinin cəzası olduqca yüksəkdir.

Tərs ​​lalə xalq arasında “Ağlayan Gəlin” və ya “Kədər Çiçəyi” kimi tanınır.

Təbii gözəlliyi ilə məşhur olan bu lalələr Diyarbəkirin Çermik rayonunda baharın xəbərçisi hesab olunur. Mart və aprel aylarında çiçək açan bu tərs lalələr ətrafı rəngləndirərək valehedici mənzərələr yaradır.

Gəlincik dağında çiçək açan tərs lalələrin mənzərəsi də görənləri valeh edir. Lakin Cənub-Şərqi Anadolunun bir çox əyalətində çiçək açan tərs lalələr, növlərinin nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyi üçün qorunur.

Tərs ​​laləni dərməyin cəriməsi 577.000 TL-dir.Tərs ​​lalə dəyməyin cəriməsi 577.000 TL (təxminən 22,156 AZN)-dir.

Görənlərin heyran olduğu bu çiçəklər qorunduğu üçün onları dərən və ya zədələyənlər cərimələnir. Bildirilir ki, 2024-cü ildə 244.315 Türk Lirəsi olan cərimə hazırda 577.000 Türk Lirəsidir. Başqa sözlə, bu endemik çiçəyə zərər verənlər demək olar ki, bir avtomobilin qiymətini ödəməli olurlar.

Qeyd edək ki, Türkiyədə 43 müxtəlif tərs lalə növü var ki, bunlardan 20-si endemikdir (endemik – yalnız müəyyən bir coğrafi bölgədə, məhdud ərazidə yaşayan və ya yetişən, dünyanın başqa yerində təbii halda rast gəlinməyən növ).\\sfera.az

Избранный
39
nocomment.az

1Источники