Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilib.
Məlumat üçün bildirək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev ötən gün vəfat edib. O Türkiyənin İstanbul şəhərindəki "Memorial" xəstəxanasında dünyasını dəyişib.
Aktyor uzun müddət idi səhhətində yaranan ciddi problemlərlə əlaqədar müalicə alırdı. O ağciyər xərçəngi və şəkər xəstəliyindən əziyyət çəkirdi.

