RU

Buşəhr AES-ə hücumlar olduqca təhlükəlidir - İran XİN

BAKI, TurkicWorld

İranın Xarici İşlər Nazirliyi Buşəhr Atom Elektrik Stansiyasına (AES) edilən hücumlarla bağlı kəskin bəyanat yayıb.

TurkicWorld xəbər verir ki, nazirlikdən verilən bəyanatda Buşəhr nüvə obyektinə edilən hücumların olduqca təhlükəli olduğu bildirilib.

Rəsmi Tehran bu hadisəni beynəlxalq təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması kimi qiymətləndirib.

İran Xarici İşlər Nazirliyinin bəyanatında xüsusi olaraq vurğulanır ki, bu cür hərəkətlər Amerika Birləşmiş Ştatları və İsrailin heç bir "qırmızı xətt" tanımadığının bariz sübutudur.

Bəyanatda qeyd olunur ki, nüvə infrastrukturuna yönəlmiş bu cür təxribatlar həm ekoloji, həm də regional təhlükəsizlik baxımından ciddi fəsadlara yol aça bilər. İran tərəfi beynəlxalq birliyi bu addımlara qarşı səssiz qalmamağa çağırıb.

Избранный
16
turkic.world

1Источники