RU

İran indiyə qədər ABŞ ilə birbaşa müzakirə aparmayıb - Bəqai

İran indiyə qədər ABŞ ilə heç bir birbaşa şəkildə müzakirə aparmayıb.

Redaktor.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, indiyə qədər vasitəçilər tərəfindən ABŞ-nin müzakirə aparması ilə bağlı bəzi müraciətlər daxil olub.

Bəqai bildirib ki, ABŞ-də diplomatiyaya hansı səviyyədə önəm verildiyi İran üçün aydın deyil. Davamlı şəkildə mövqeyi dəyişən tərəf qarşısında İranın mövqeyi isə tamamilə aydındır.

“Region ölkələrinin müharibəyə son qoyulmasına önəm vermələri önəmlidir. Lakin müharibəni başlayan tərəf İran olmayıb”, - deyə o qeyd edib.

Избранный
17
1
redaktor.az

10Источники